Ramin Bayramlı: “Ehtiyac olanda Bakıdan mütəxəssislər cəlb edilir”
“Məlumdur ki, yoluxma sayı artan bölgələrimiz var. Oradakı tibb müəssisələrinin öz resursları təlimlər keçirərək tam səfərbər hala gətirilib”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib. Bildirib ki, ehtiyac duyulan təqdirdə, Bakıda fəaliyyət göstərən aparıcı tibb müəssisələrindən mütəxəssislər cəlb edilir.
“Hazırda regionlarımızda fəaliyyət göstərən mütəxəssislərimiz var. İlk günlərə nisbətən indi daha azdır, çünki bölgələrdə xəstəliklə işləmə vərdişləri istiqamətində müəyyən təcrübələr yerlərdəki mütəxəssizlərimizdə formalaşır. Ona görə də göndəriş ehtiyaclarına zərurət azalıb”, - Bayramlı əlavə edib.