Bölgələrdə yanğın törədən 5 nəfər cəzalandırılıb

Xəbərlər

14.08.2026 - 13:14

Yanğınlar nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlının Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Daxili İşlər Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - H. Məmmədov, F. Fərəcov, M. Əzizov, S. Şahəliyev və R. Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş