BMT Əfqanıstana humanitar yardımı bərpa edib

Dünya

03.09.2021 - 07:25

Həkimlər Klinikalar SEO Xidməti

Stefan Düjarrik: "160 humanitar təşkilat Əfqanıstanın vilayətlərində fəaliyyətlərini davam etdirəcəklər"

 

BMT Əfqanıstana humanitar dəstəyi bərpa edib. AYNA xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçirdiyi gündəlik brifinqdə deyib.

 

Onun sözlərinə görə, Dünya Ərzaq Proqramı tərəfindən idarə olunan Humanitar Hava Xidməti bu ölkəyə humanitar dəstək fəaliyyətlərinin davam etdirilməsinə qərar verib və bu məqsədlə uçuşlar bərpa olunub.

 

Qeyd olunub ki, 160 humanitar təşkilat Əfqanıstanın vilayətlərində həyatları xilas edən fəaliyyətlərini davam etdirəcəklər: “Hava yolu ilə sərnişindaşıma xidməti hazırda İslamabadla Məzari-Şərif və Qəndəhar arasında əlaqə qurur. Avqustun 29-dan bəri Məzari-Şərifə üç reys həyata keçirilib.

 

Dünya Ərzaq Proqramı əməliyyatların mümkün qədər tez bir zamanda həyata keçirilməsi və Əfqanıstana uçuşların sayının artırılması üçün bütün səyləri göstərir.

 

Bundan əlavə, tibbi və digər təcili yardım ləvazimatları kimi qeyri-ərzaq mallarını ən çox ehtiyac duyulan yerlərə daşımaq məqsədilə bir yük təyyarəsi də fəaliyyətdədir.

 

BMT-nin Humanitar Hava Xidmətinin sərnişindaşıma xidmətinə 18 milyon dollar, yükdaşımaya isə 12 milyon dollar tələb olunur. Hər iki xidmət humanitar cəmiyyət tərəfindən istifadə ediləcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş