BMT Əfqanıstana humanitar yardım göndərib

Dünya

16.10.2021 - 06:43

Həkimlər Klinikalar SEO Xidməti

Humanitar yardım əsas ehtiyac məhsullarından təşkil olunub

BMT Əfqanıstana humanitar yardım göndərib. AYNA xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Orta Asiya Nümayəndəliyi açıqlama yayıb.

Bildirilib ki, humanitar yardımı daşıyan təyyarə Özbəkistanın Əfqanıstanla sərhədindəki Tirmiz hava limanına enib.

32 tonluq humanitar yardım əsas ehtiyac məhsullarından təşkil olunub.

Qeyd edilib ki, yardım Tirmiz aeroportundakı logistika mərkəzində yük maşınlarına yüklənərək, Termez-Hayratan sərhəd-keçid məntəqəsindən Əfqanıstanın Məzari-Şərif şəhərinə çatdırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş