BMT-dən İsrailə məhbuslarla bağlı xəbərdarlıq

Dünya

24.04.2020 - 17:08

BMT nümayəndəsi İsrail həbsxanalarında sağlamlıq problemləri olan məhbusların olduğunu da diqqətə çatdırıb

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə nümayəndələri İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların koronavirusa görə azadlığa buraxılmasını tələb ediblər.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Fələstindəki Xüsusi nümayəndəsi Maykl Lynk açıqlama verib.

 

“Ötən ay İsrail hakimiyyəti profilaktik və qoruyucu addımlar məqsədiylə yüzlərlə israilli məhbusu sərbəst buraxdı. Bu, fələstinli məhbuslara da şamil edilməlidir”,- deyə Maykl Lynk bildirib.

 

BMT nümayəndəsi İsrail həbsxanalarında sağlamlıq problemləri olan məhbusların olduğunu da diqqətə çatdırıb: “İsraildə pandemiyaya yoluxanların sayının artmasına görə, məhbuslar təhlükədədirlər. Bu, məhbuslar üçün həddindən artıq həssas durumdur”.

 

Qeyd edək ki, Fələstinli Məhbuslar Cəmiyyətinin hesabatına görə, İsrail 1967-ci ildən bəri 1 milyon fələstinlini həbs edib və hazırda İsrail həbsxanalarında 5 min fələstinli məhbus var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş