BMT baş katibi Qırğızıstan və Tacikistana müraciət edib

Dünya

04.05.2021 - 00:38

Həkimlər Klinikalar SEO Xidməti

Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib

 

BMT-nin baş katibi Antoniu Quterriş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.

 

"Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”, - Dyujarrik deyib.

 

"Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir", - BMT rəsmisi əlavə edib.

 

Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş