Bir əsrə yaxındır boş qalan ada satılır - <font color=red> FOTOLAR</font>

Dünya

02.05.2020 - 13:30

Adaya ancaq gəmi ilə getmək mümkündür

 

Şotlandiyanın Linqa adası uzun müddətdir ki, yaşayış məskəni statusunu itirmişdi. AYNA xarici mediaya əsasən xəbər verir ki, hazırda ada çox uzuz qiymətə satışa çıxarılıb.

 

1934-cü ildən insan yaşamayan adanın gözəl təbiəti, insan tərəfindən kirlənməmiş ətraf mühiti var. Məlumata görə, Linqa Şotlandiyadan daha çox Norverçə yaxın məsafədə yerləşir. Adaya ancaq gəmi ilə getmək mümkündür.

 

Adanın qiymətinə gəlincə, bir əmlak şirkəti tərəfindən 250 min ingilis funt sterlinqinə (təqribən 285 min avro) satışa çıxarılıb.

 

Bu qiymətin iki qatına Londonda ev almaq mümkündür. Başqa sözlə, əmlakçılar bu qiymətin gözəl təbiəti olan ada üçün çox ucuz olduğunu deyirlər. Adanın sahibi “Vladi Özəl Adaları” şirkətinin rəhbəri Fahad Vladi deyib ki, buranı satın alanlara tikinti üçün icazə verə bilərlər. Burada yalnız yaşayış evləri tikmək şərti var. 

Müəllif: Ayna.az