“Dünya 2022-ci ilə qədər koronavirusdan əvvəlki vəziyyətə dönə bilməyəcək”
“Microsoft”un qurucusu, milyarder Bill Qeyts “CNN”ə verdiyi açıqlamada dünyanın 2022-ci ilə qədər koronavirusdan əvvəlki vəziyyətə dönə bilməyəcəyini deyib. AYNA xəbər verir ki, Qeytsə görə, görülən tədbirlər pandemiyaya son qoymaq üçün yetərli deyil.
Milyarder peyvəndin sürətli şəkildə yaradılmasını və immunizasiyanın yaradılmasını möcüzə adlandırıb: “ABŞ payızda koronavirusdən əvvəlki vəziyyətə qayıda biləcək, ancaq virusu məğlub etmək üçün daha çox əmək sərf etmək lazımdır. Söhbət COVID-19-a qarşı peyvənin sürətli çatdırılması üçün qlobal mübarizədən gedir. İndi dərmanlar daha çox varlı ölkələr tərəfindən alınır. Biz bu problemdən narahatıq”.