Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu Rayon MKTB-yə məcburi göstəriş verilib
Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu Rayon MKTB-yə məcburi göstəriş verilib.