Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Beyləqan şəhərində bazarda baş vermiş yanğın tam söndürülüb. Bu barədə AYNA.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb”, – qurumun mətbuat xidməti diqqətə çatdırıb.