Berlində səfirliyin qarşısında rusiyalı diplomatın meyiti tapılıb

Dünya

05.11.2021 - 16:17

Almaniya XİN diplomatın ölümü ilə bağlı şərh verməkdən imtina edib

Rusiyalı diplomat Almaniyada ölü tapılıb. AYNA xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Rusiya səfirliyinin katibinin meyiti Berlində səfirliyin qarşısındakı səkidə tapılıb. 35 yaşlı diplomatın adı hələ ki, açıqlanmayıb.

İlkin versiyaya görə, diplomat pəncərədən yıxılıb. Faktla bağlı Almaniya hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.

“Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Berlindəki səfirliyinin əməkdaşının ölümündən xəbərdardır, lakin indiyədək şəxsi məlumatların qorunması səbəbi ilə şərh verməkdən imtina edir”, - deyə XİN-in nümayəndəsi Kristofer Burqer deyib.

Rusiya Xarici İşlər Nazirliyindən hələlik hadisə barədə açıqlama verilməyib.

Müəllif: Ayna.az