Bərdədə 30 yaşlı hamilə qadın xəstəxanada ölüb

Hadisə

21.10.2021 - 14:35

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib

Bərdədə hamilə qadının ölümü baş verib. Bərdə Mərkəzi Rayon Xəstəxanasından AYNA-ya verilən məlumata görə, 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.

Məlumata görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az