Belarusda Heydər Əliyev anıldı - <font color=red> FOTOLAR</font>

Xəbərlər

11.05.2020 - 15:47

cedabet dərman SEO Xidməti

Azərbaycan səfirliyində ümummilli liderin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

 

Mayın 8-də Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. AYNA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, xatirəsini yad ediblər.

 

Səfir Lətif Qəndilov deyib ki, Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri barədə məlumat verib. O, Heydər Əliyevin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi çətin proseslər barədə danışıb. L.Qəndilov bildirib ki, Azərbaycan xalqı tarix boyu müstəqil dövlət qurmaq üçün mübarizə aparıb, zaman göstərib ki, yalnız dahi şəxsiyyətlərin olduğu təqdirdə böyük məqsədlərə çatmaq mümkündür.

 

“Heç şübhəsiz ki, Azərbaycan xalqı üçün də bu şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub. Böyük siyasi və həyati təcrübəyə malik Heydər Əliyev milli və ümumi maraqları bir araya gətirərək, tarixin verdiyi şansdan düzgün istifadə edərək milli dövlətin yaradılmasını təmin etdi”, - deyən L.Qəndilov vurğulayıb ki, çətin və mürəkkəb zamanlarda regionda müxtəlif dövlətlərin maraqlarının uzlaşdırılması və bir araya gətirilməsi dahi şəxsiyyətə xarakterik xüsusiyyət olub: “Heydər Əliyev adı dünyanın ən güclü siyasətçiləri ilə bir arada çəkilir. Daim dövlətinə və xalqına xidmət edən Heydər Əliyev milli kimlik və mənsubiyyətini hər şeydən üstün tutub”.

 

Səfir qeyd edib ki, müstəqilliyimizin bərpası məhz sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələrdə yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü işlər nəticəsində mümkün oldu: “Ulu Öndərin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan bütün SSRİ-də aparıcı respublikalardan birinə çevrildi. Azərbaycanın müstəqil siyasi xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu Heydər Əliyev tərəfindən təməli qoyulmuş möhkəm bünövrə üzərində qurulub. Heydər Əliyevin xarici siyasət kursunun və siyasi irsinin düzgün davam etdirilməsi nəticəsində, Azərbaycan xalqı öz əzəli torpaqlarının azad edilməsinə yaxınlaşıb. Artıq beynəlxalq ictimaiyyət Azərbaycanın öz torpaqlarını azad olunması zərurəti ilə qarşı-qarşıyadır. Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən siyasi və iqtisadi strategiya ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib”.

 

Səfir belə bir zamanda qoyulan məqsədə çatmaq üçün ölkə rəhbərliyi ətrafında toplaşmağın zəruri olduğunu vurğulayıb.

 

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş