Sənəd qəbulu prosesi davam edir
Bakı Dövlət Universitetində (BDU) əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesi davam edir. AYNA xəbər verir ki, bu barədə BDU-dan bildirilib.
Qeyd edilib ki, BDU-da təkrar ali təhsil almaq istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Sənəd qəbulu avqustun 31-də saat 18:00-da başa çatacaq.