Bayram namazının vaxtı açıqlanıb

Xəbərlər

24.03.2025 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır”

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.

AYNA.AZ xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, - QMİ sədrinin müavini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş