Milli Hidrometeorologiya Xidməti üç günlük hava proqnozunu açıqlayıb
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.
İyunun 27-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək.
İyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-si gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.