“Baydenin Əliyevə məktubundan görünən odur ki...” – <font color=red> SABİQ NAZİR</font>

Siyasət

26.05.2021 - 10:21

Həkimlər Klinikalar SEO Xidməti

Tofiq Zülfüqarov: “İndi əsas məsələ Ermənistanın kimi seçəcəyidir – Rusiyanı, yoxsa Qərbi”

 

Mayın 24-də ABŞ Prezidenti Co Bayden Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bayden məktubunda qeyd edir ki, Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən keçən 30 il ərzində Amerika və Azərbaycan xalqları arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb.

 

“ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq. Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm”, - deyə Bayden vurğulayır.

 

Ağ Ev rəhbərinin təbrik məktubunda toxunduğu məsələlər ona dəlalət edir ki, dünyanın supergüclərindən olan ABŞ bundan sonra da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Amma Vaşinqtondan Bakıya müəyyən mesajlar da var – demokratiya və insan haqlarına hörmət, qonşu ölkələrlə sülh içərisində yaşamaq, Qarabağ münaqişəsinin yekun həllində yardım etmək məsələsi. Görünən odur ki, Bayden administrasiyası Ermənistanla Azərbaycan arasında yekun sülhün tezliklə əldə edilməsində maraqlıdır.

Tofiq Zülfüqarov: “Onu mən

ABŞ liderinin Azərbaycan dövlət başçısına göndərdiyi təbrik məktubundakı toxunduğu məsələlərlə bağlı fikirlərini AYNA-ya açıqlayan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, məktubda yeni bir məsələ yoxdur: “Bunu standart məktub saymaq olar - ölkə başçısını bayram münasibətilə təbrik edib. Amma protokol təbrikindən başqa ABŞ rəhbərliyinin müəyyən əlavələri var. Baydenin ifadələrini birmənalı başa düşmək mümkündür. Görünən odur ki, Azərbaycan bundan qabaq olduğu kimi ABŞ üçün regiondakı vacib partnyorlardan biridir. Hesab edirəm ki, ABŞ Azərbaycanla əvvəllər olduğu kimi əməkdaşlıq siyasətini davam etdirmək niyyətindədir”.

 

Məlumdur ki, Ermənistan tərəfində ABŞ-ın İkinci Qarabağ müharibəsinin nəticələrini tanımayacağı, Bakıya qarşı təzyiq edəcəyi gözləntiləri vardı. Amma Baydenin məktubunda bu iddiaların əbəs olduğu ortaya çıxdı.

 

Zülfüqarov isə bildirib ki, ermənilər məsələləri öz xeyirlərinə şərh etməyin adətkarına çevriliblər: “Biz bir tendensiyanı başa düşməliyik ki, indi əsas məsələ Ermənistanın kimi seçəcəyidir. Növbədənkənar parlament seçkilərindən sonra Ermənistan əvvəlki rusiyapərəst siyasətini davam etdirəcək, yoxsa Qərbə yönəlik siyasət aparacaq? Ona görə də ABŞ tərəfindən regionla bağlı səslənən bəyanatlar, bəzən də Ermənistanın mövqeyinə yaxın açıqlamaları müvəqqəti və konkret hədəfi olan bəyanatlar kimi qəbul etməliyik. Düşünmürəm ki, indiki mərhələdə ermənilərə yönəlik verilən bəyanatlara o qədər də önəm verməməliyik. Yenə də deyirəm, Ermənistanın lehinə verilən bəzi açıqlamalar İrəvanın seçim məsələsinə hesablanır. Ermənistan isə bunu öz qazancı kimi şərh etməyə başlayır. Bu gün Ermənistanda vəziyyət mürəkkəbdir. Azərbaycanda isə hər şey bəllidir. Baydenin məktubu da göstərir ki, ABŞ əvvəlki qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətindədir”.

 

“Mən onun tərəfdarı deyiləm ki, deyilən hər söz “Quran” ayəsidir. Bu, sadəlövhlük olardı. İndiki məqamda görünən odur ki, ABŞ-ın da dövlət maraqlarına uyğun olan siyasət davam edəcək. Biz çox fərziyyələr irəli sürə bilərik, öz xeyrimizə şərhlər də verə bilərik. Amma Baydenin məktubunun mətninə baxdıqda, mən burada yeni element görmürəm. Çünki əvvəllər də buna bənzər bəyanatlar səslənirdi”, - deyə sabiq nazir vurğulayıb.

 

Diplomatin fikrincə, Bayden adminstrasiyası yeni formalaşır, onun xarici siyasət üslubunda bəlkə də yeni istiqamətlər olacaq: “Tələsmək, tələsik nəticələr çıxarmaq olmaz. Ümumiyyətlə, biz hazır olmalıyıq, çünki indiki mərhələdə ermənipərəst mövqelər daha çox olacaq. Amma bu, müvəqqəti bir haldır. Əsas məsələ Ermənistanda gedən proseslərin yekunundan asılıdır. İyunun 20-dən sonra verilən bəyanatlar hansı yöndə olacaq, gözləmək lazımdır. Ondan sonra hansısa fikir bildirmək olar”.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş