“Bayden Putinə hücumu ilə avropalı müttəfiqlərinə siqnal göndərir”

Dünya

19.03.2021 - 17:25

Həkimlər Klinikalar SEO Xidməti

Aleksey Puşkov: “Mövcud vəziyyət, ABŞ-ın Rusiyanı siyasi və iqtisadi mühasirəyə almağa hazırlaşdığını göstərir”

 

Rusiya Federasiya Şurasının üzvü, deputat Aleksey Puşkov ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinə qarşı sərt ifadələr səsləndirməsinin səbəblərini açıqlayıb.

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, Puşkovun sözlərinə görə, bu cür bəyanatlar Vaşinqton üçün “Trampın təsiri altında sarsılan” anti-Rusiya koalisiyasının toplanmasının yollarından biridir.

 

“Bayden Rusiya Prezidentinə qarşı aqressiv hücumu ilə avropalı müttəfiqlərinə bir siqnal göndərir: Moskva ilə belə davranmaq lazımdır", - deyə Puşkov qeyd edib.

 

Deputat qeyd edib ki, mövcud vəziyyət, ABŞ-ın Rusiyanı siyasi və iqtisadi mühasirəyə almağa hazırlaşdığını göstərir.

 

Xatırladaq ki, Bayden müsahibəsində, ABŞ-dakı seçkilərə müdaxilə etdiyi üçün Rusiya dövlətini məsuliyyətə cəlb etmək istədiyini söyləyib. Amerika lideri Rusiya Prezidentinin günahkar olduğu təqdirdə cəzalandırılacağını vurğulayıb. Bununla yanaşı, Bayden jurnalistin “sizcə Putin qatildirmi?”, sualına belə cavab verib: “Bəli, bəli”.

 

Rusiya Federasiya Şurası isə Baydenin Putinlə bağlı açıqlamasını siyasi dəlisovluğun təntənəsi adlandırıb.

 

Ölkələr arasında artıq gərginliyin başladığını söyləmək olar. Çünki Rusiya ABŞ-dakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırıb. Hazırda iki supergüc arasında siyasi böhran yaşanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş