Bayden ikinci dəfə prezident olmaq istəyir

Dünya

26.03.2021 - 09:41

Co Bayden: "İkinci müddətə namizəd olmağı planlaşdırıram"

 

Amerika lideri Co Bayden 2024-cü ildə yenidən ABŞ prezidenti seçilmək üçün mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.

 

AYNA-nın məlumatına görə, bunu Bayden keçirdiyi mətbuat konfransında deyib.

 

“Mənim cavabım - bəli. İkinci müddətə namizəd olmağı planlaşdırıram”, - deyə Amerika lideri bildirib.

 

Bununla yanaşı, Bayden 2024-cü ildə yenidən Vitse-prezident Kamala Harrislə birlikdə seçki kampaniyasında iştirak etməyi planlaşdırır.

Müəllif: Ayna.az