Bayden ABŞ tarixinin ən yaşlı prezidenti olacaq

Dünya

21.11.2020 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Demokratlardan Ağ Evə göndərilən ən yaşlı şəxs 56 yaşlı Lyndon Conson olmuşdu

 

ABŞ-ın yeni seçilən 46-cı prezident Co Baydenin 78 yaşı tamam olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Bayden ölkənin ən yaşlı prezidenti olacaq. 

 

Bu günə qədər isə Demokratlar Partiyasından prezident seçilən 43 yaşlı Con Kennedi, 46 yaşlı Bill Klinton, 47 yaşlı Barak Obama daha gənc heyətlə Ağ Evdə təmsil olunmuşdular. Demokratlardan Ağ Evə göndərilən ən yaşlı şəxs isə 56 yaşlı Lyndon Conson olmuşdu.

 

2020-ci il seçkilərinin nəticəsində də heç bir dəyişiklik olmasa, gənclərə daha çox şans verən Demokrat Partiya bu dəfə Ağ Evə 78 yaşlı nümayəndəsini göndərəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş