Saxlanılan şəxs əslən Türkiyədən olan 25 yaşlı Almaniya vətəndaşıdır
Almaniyada İŞİD terror təşkilatının üzvü yaxalanıb. AYNA xarici mediaya istinadən bildirir ki, Almaniyanın Valdkrayburq şəhərində türklərin obyektlərinə dəfələrlə hücumlar edən terrorçu Bavariya polisi tərəfindən saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs əslən Türkiyədən olan 25 yaşlı Almaniya vətəndaşıdır.
O, 16 aprel tarixindən 6 maya qədər türklərin işlətdiyi müxtəlif təyinatlı obyektlərə hücum təşkil etməkdə şübhəli bilinir.