Nazirlik xilasetmə əməliyyatı ilə bağlı məlumat yayıb
"Qızılqum" sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
AYNA xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Bildirilir ki, həmin şəxs Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.