Basketbol klubu maaşları ilk dəfə bitkoinlə ödəyəcək

Dünya

06.04.2021 - 18:49

Vivek Ranadive: "Hamı maaşının istədiyi qədərini bitkoinla ala biləcək"

 

MBA klubu “Sakramento Kinqs” bir ilkə imza atıb. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, rəhbərlik basketbolçuların maaşını kriptovalyuta ilə ödəmək qərarına gəlib.

 

Klub prezidenti Vivek Ranadive iclasda hər kəsin maaşını məhz bitkoinlə alacağını açıqlayıb. O, toplantı zamanı bunları söyləyib: “Qarşıdakı günlərdə bunu hər kəsə təklif etdiyimi bəyan edəcəyəm. Basketbolçular da daxil olmaqla, hamı maaşının istədiyi qədərini bitkoinla ala biləcək”.

 

Qeyd edək ki, 1 bitkoin 99 min 524 manatdır.

Müəllif: Ayna.az