Baş ağrısını çox sadə üsulla aradan qaldırmaq olar

Maraqlı

07.09.2019 - 10:13

Taxta qələmi dişlərinizin arasında 30 saniyə sıxmaqla bu gərginliyi azalda bilərsiniz

 

Bir çox xəstəliklərin təbii üsullarla müalicə olunma ehtimalının olduğunu bilirik. Hətta bəzilərini həyatımızda sınaqdan da keçirmişik. Bu müalicə üsulundan isə yəqin ki, indiyədək istifadə edən olmayıb.

 

Söhbət dişlərin arasında karandaş sıxmaqdan gedir. Bəlkə də çoxunuza qəribə gələcək, ancaq bu müalicə üsulunu mütəxəssislər məsləhət görür.

 

Mütəxəssislər bildirirlər ki, baş ağrıları zamanı dişlərin arasında sadə karandaş sıxmaq lazımdır.


Belə ki, yorğunluq, gərginlik, başın bir istiqamətdə çox olması, stres üz, boyun və baş əzələlərinin spazmına səbəb olur. Baş ağrısı zamanı aşağı çənə əzələləri gərginləşir. Ona görə başınız ağrıyan kimi əlinizin altında olan taxta qələmi dişlərinizin arasında 30 saniyə sıxmaqla bu gərginliyi azalda bilərsiniz.

 

Bu pulsuz müalicə üsulu, yəni dişlərin arasında karandaşın sıxılması əzələləri rahatladır, baş ağrısının keçməsinə yardım edəcək.

Müəllif: Ayna.az