Bankir oğlunun ölümü ilə bağlı cinayət işi açılıb

Hadisə

18.02.2020 - 16:20

Həkimlər Klinikalar SEO Xidməti

Faktı Nərimanov Rayon Prokurorluğu araşdırır

 

"Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğlunun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

AYNA xəbər verir ki, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, 15 yaşlı oğlanın dünən axşam saatlarında hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş