Balakəndə yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

27.10.2021 - 13:52

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olan Gərəkli kənd sakini İ.Məmmədovun yaşadığı evi tərk etməsini müəyyənləşdiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Müəllif: Ayna.az