İlham Əliyev Nikolas Maduro ilə videokonfrans formatında görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.
AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.