Bakının bu küçələrində yol nişanları dəyişdi

Xəbərlər

13.04.2021 - 17:39

BNA sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edir

 

Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər həyata keçirilib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinən (BNA) bildirilib.

 

Dəyişiklik nəticəsində Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində  Üzeyir Hacıbəyli  küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəz edilib.

 

Üzeyir Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1.7 nişanlanma xətti) təşkil edilib. İşıqfor obyektində daimi sağa bölməsi ləğv edilib.

 

Məlumata görə, həyata keçirilmiş dəyişikliklər Ü.Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25 faiz artıracaq. BNA sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edir.

Müəllif: Ayna.az