Bakıda yükqaldırıcı qurğu aşıb

Hadisə

26.04.2021 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində ölən və yaralanan var

 

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib. AYNA-nın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

 

Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş