Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb
Bakıda yaşayış binasında yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbli yaşayış binasında baş verib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində iki mənzilin eyvanının yanar konstruksiyaları və orada olan əşyalar qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.