Bakıda tarixi an: Zəfər paradı keçirilir - <font color=red> CANLI YAYIM</font>

Xəbərlər

10.12.2020 - 12:51

Paradda Azərbaycan və Türkiyə prezidentləri iştirak edirlər

 

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başlayıb. AYNA xəbər verir ki, Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunur.

 

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak edirlər.

 

Müəllif: Ayna.az