Hadisə Novxanı qəsəbəsində olub
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. AYNA-nın Trend-ə istinadən məlumatına görə, hadisə Novxanı qəsəbəsində olub.
“Hyunday” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri ağır yaralanıb.