Daxili İşlər Nazirliyi məlumat yayıb
Bakıda qaçırılan yeniyetmə qız tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərtidir) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü A.L naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Onun hansı məqsədlə qaçırıldığı hələ ki, məlum deyil.