Bakıda öldürülən şəxs İldırımzadənin qaynı deyilmiş... - <font color=red> RƏSMİ AÇIQLAMA</font>

Dünya

24.09.2020 - 23:52

cedabet dərman SEO Xidməti

Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi xəbəri təkzib edilib

 

Baş Prokurorluq Nərimanov rayonunda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

 

Qurumdan AYNA-ya daxil olan məlumatda bildirilir ki, öldürülən şəxsin Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

 

"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş