Bakıda mütəşəkkil dəstə ələ keçib

Hadisə

19.02.2020 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

Saxta sənədlərlə əməliyyatlar aparan dəstə üzvləri saxlanılıb

 

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan dəstə üzvlərini ifşa ediblər. Bu barədə AYNA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa ediliblər. Belə ki, keçirilmiş tədbir zamanı, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxın firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb.

 

Tədbirin davamı olaraq E.Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları - Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.

 

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş