Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdıqları yataqxana binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hadisə nəticəsində dördmərtəbəli binanın 50 kvadratmetrlik hissəsi yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.