Bakıda liseylərin V sinfinə qəbulunda 634 nəfər iştirak edib

Xəbərlər

25.08.2020 - 16:51

cedabet dərman SEO Xidməti

Şagirdlərin nəticələri gələn həftə valideynin mobil nömrəsinə SMS vasitəsilə göndəriləcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqə keçirilib. BŞTİ-dən AYNA-ya verilən məlumata görə, mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 45 sualdan ibarət test tapşırığını yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə vaxt verilib.

 

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul üçün müsabiqədə 634 nəfər iştirak edib.

 

Şagirdlərin nəticələri gələn həftə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək. Eyni zamanda, cavabları müvafiq liseylərdən də öyrənmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş