Bakıda Laçının azad edilməsi münasibətilə avtoyürüş keçirilib

Xəbərlər

01.12.2020 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Yürüş iki marşrut üzrə keçirilib

 

Bu gün Laçın rayonunun 28 illik işğaldan azad edilməsi münasibətilə Bakıda avtoyürüş keçirilib. Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Avtoyürüş Bakı sakinlərinin təşəbbüsü ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətindən sonra baş tutub. Yürüş iki marşrut üzrə keçirilib.

 

Avtomobillər Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə 20 nömrəli məktəbdən Şəhidlər Xiyabanına, Azneft meydanı, BŞİH, şəhərin mərkəzi küçələrinə, digər maşınlar isə Su İdmanı Sarayından Hökumət evi, sonra da mərkəzi küçələrə yollanıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş