Bakıda kişi meyiti aşkarlanıb

Xəbərlər

02.11.2021 - 01:25

Həkimlər Klinikalar SEO Xidməti

Meyit aidiyyəti üzrə təhvil verilib

Bakıda mənzildə 82 yaşlı kişinin meyiti aşkarlanıb. Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Quliyev Yahuzər Zakir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş