Bakıda itkin düşən 13 yaşlı qız tapılıb

Hadisə

05.03.2021 - 09:51

Daxili İşlər Nazirliyi məlumat yayıb

 

Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.

 

"Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər", - Mətbuat xidmətindən bildirilib.

 Aleksandra Dünyamalızadə
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş