Bakıda intihara cəhd: qarşısı alınıb

Hadisə

17.08.2020 - 05:46

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, fikrindən daşınıb

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, хüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş