Dörd nəfər xilas edildi
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində bir ədəd kondisioner, bir ədəd televizor və üç ədəd xalça yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və iki ədəd elektrik sobası əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən dörd nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.