Bakıda iki qadını avtomobil vurub

Hadisə

12.10.2020 - 03:51

Hər iki yaralı xəstəxanaya çatdırılıb

 

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın Report-a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

 

Yolu keçən 1990-cı il təvəllüdlü Məmmədova Türkan Firuz qızı və rəfiqəsi, 1987-ci il təvəllüdlü Quliyeva Mətanət Ələsgər qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az