O, yas mərasiminə gedərkən virusa yoluxub
Azərbaycanda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Məlumata görə, həkim koronavirusdan dünyasını dəyişib. Onun rayona yas mərasiminə gedərkən virusa yoluxduğu, sonradan Bakıda xəstəxanaya yerləşdirildiyi, lakin həyatını xilas etməyin mümkün olmadığı qeyd olunur.