Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Bakıda evdə yanğın olub. Bu barədə AYNA.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.