Bakıda birmərtəbəli ev yanıb

Hadisə

15.12.2020 - 12:24

Nərimanov rayonunda yanğın hadisəsi baş verib

 

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, rayon ərazisində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli ev yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az