Bakıda bir nəfər özünü qumbara ilə partladıb

Hadisə

27.07.2021 - 16:26

İntihar edən şəxsin banka borcu olduğu bildirilir

 

Bu dəqiqələrdə Bakı Dairəvi Yolunda, “Qanlı göl” kimi tanınan yaşayış massivi yaxınlığında bir nəfər özünü qumbara ilə partladaraq intihar edib.

 

AYNA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun kənarında bir nəfərin cəsədinin qalıqları var. Hadisə yerində olan polis əməkdaşları çəkiliş aparmağa icazə verməyiblər.

 

Ətrafa toplaşmış vətəndaşların dediyinə görə, təxminən 20 dəqiqə əvvəl bir kişi özünü qumbara ilə partladıb.

 

O da bildirilib ki, intihar edən şəxsin banklardan birinə borcu varmış.

 

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.

 

AYNA baş verən intiharla bağlı Daxili İşlər Nazirliyindən məlumat almağa çalışır.

Müəllif: Ayna.az