Bakıda bayram namazı qılınıb

Xəbərlər

20.07.2021 - 11:36

Mərasimdə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə də iştirak edib

 

Qurban bayramı ilə əlaqədar Bakıdakı Əjdərbəy məscidində bayram namazı qılınıb. AYNA xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

 

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

 

Qeyd edək ki, iyulun 20-21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Müəllif: Ayna.az