Həkimlərin səyinə baxmayaraq, Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatı araşdırılır.