Bakıda avtomobil işıq dirəyinə çırpılıb

Hadisə

30.06.2021 - 03:19

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib

 

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

 

Belə ki, 90-PY-491 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Abdullazadə Orxan idarəetməni itirib.

 

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

 

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az